Texnologiya

Belə üsullarla "WhatsApp"ınıza girirlər - XƏBƏRDARLIQ

29 Oktyabr 2025 14:27
Baxış: 961
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son dövrlərdə "WhatsApp" istifadəçilərinə qarşı icazəsiz giriş cəhdlərinin sayı artıb.

Milli.Az-a Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçilərin hesablarına girməyə çalışırlar.

Bu üsulla vətəndaşlardan SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodları ələ keçirilir. Kodlar paylaşıldığı halda istifadəçilərin hesabları oğurlanır və onların adından yaxınlarına saxta mesajlar göndərilir. Nəticədə şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsi riski yaranır.

ETX vətəndaşları bu hallara qarşı diqqətli olmağa çağırır və hesabların qorunması üçün bir sıra təhlükəsizlik tədbirlərini tövsiyə edir: tanımadığınız nömrələrdən gələn linkləri açmamaq, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək, OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməmək, ikimərhələli təsdiqləməni aktivləşdirmək, şübhəli hallarda tətbiqin dəstək xidmətinə müraciət etmək, profil məlumatlarını yalnız kontaktlara görünəcək şəkildə məhdudlaşdırmaq və yaxınları, xüsusilə yaşlı şəxsləri belə dələduzluqlardan xəbərdar etmək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.