Şou-biznes

Tanınmış aparıcı zəlzələ vaxtı Kamçatkada imiş - FOTO

30 İyul 2025 16:00
Baxış: 2 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Kanal Bir"də yayımlanan məşhur "Kişi/Qadın" tok-şousunun aparıcısı Yuliya Baranovskaya Kamçatkada zəlzələyə düşdüyünü bildirib.

Milli.Az xəbər verir ki, o, bu barədə Teleqram kanalında paylaşım edib.

Baranovskaya qeyd edib ki, o və övladları Kamçatkada olduqları müddət ərzində dənizdə rabitəsiz vəziyyətdə qalıblar. Zəlzələ onları limana qayıdarkən yaxalayıb. Aparıcı əvvəlcə qeyri-adi titrəyişləri gəminin pərlərində nasazlıq kimi dəyərləndirib, lakin sahildəki qayalıqlardan daşların qopduğunu görəndə vəziyyəti anlayıb.

"O qədər güclü silkələndi ki, sahildəki bütün qayalar dağılmağa başladı. Gurultu vardı, daşlar qopub düşürdü. (...) Biz rabitəsiz qalmışdıq, bilmirdik episentr haradır, şəhərdə nə baş verib, ya da quruda olan insanlara nə olub," - deyə Baranovskaya əlavə edib.

Xatırladaq ki, iyulun 30-da səhər Kamçatkada 8.7 bal gücündə zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü zəlzələdir. Təbii fəlakət nəticəsində dörd nəfər xəsarət alıb, təxminən 3 min insan isə təxliyə olunub.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.