Kremli nəm keks resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sıx kakao ətri, südlə yumşalan keks toxuması və üzərini örtən hamar kremi ilə kremli nəm keks, çay saatlarından xüsusi gün süfrələrinə qədər hər bir menyuya yaraşan ləzzətli şirniyyatdır. Hər dilimində nəm keks quruluşunu və yüngül krem təbəqəsini birləşdirən bu resept xüsusilə şokoladlı şirniyyat sevənlər üçün praktik və şık bir alternativ təqdim edir.
Milli.Az lazım olan məhsulları təqdim edir:
Keks üçün:
2 ədəd yumurta
3/4 su stəkanı şəkər tozu
Yarım su stəkanı günəbaxan yağı
3/4 su stəkanı süd
2 xörək qaşığı kakao
1,5 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
Keksi islatmaq üçün (Sosu):
1,5 su stəkanı süd
1,5 xörək qaşığı kakao
1 xörək qaşığı şəkər pudrası
Krem üçün:
3 su stəkanı süd
3 xörək qaşığı un
2 xörək qaşığı nişasta (qarğıdalı və ya buğda)
Yarım su stəkanı şəkər tozu
1 paket vanil
200 ml maye qaymaq (33-35%-li)
Üzəri üçün:
Kakao
İstəyə görə sürtgəcdən keçirilmiş tünd (bitter) şokolad
Hazırlanma qaydası
Dərin bir qabda yumurta və şəkər tozunu mikserlə ağarana və köpüklənənə qədər bir neçə dəqiqə çırpın. Üzərinə süd və duru yağı əlavə edib qısamüddətli qarışdırın. Sonra kakao, un, qabartma tozu və vanili ələkdən keçirərək qarışığa tökün və spatulayla qarışdırın.
Hazırladığınız keks xəmirini yağlanmış orta ölçülü kvadrat borcama (şüşə qaba) tökün. Əvvəlcədən isidilmiş 175°C sobada təxminən 28-30 dəqiqə bişirin.
Keks bişərkən qazana süd, şəkər, un və nişastanı tökün. Dayanmadan qarışdıraraq qatılaşana qədər bişirin. Ocaqdan aldıqdan sonra vanili əlavə edin və ara-sıra qarışdıraraq ilıq tərəfə buraxın. İlıqlaşdıqdan sonra maye qaymağı əlavə edib mikserlə bir neçə dəqiqə yaxşıca çırpın.
Ayrı bir qabda süd, kakao və şəkər pudrasını tam həll olana qədər qarışdırın. Sobadan çıxan keksin üzərinə diş çöpü vasitəsilə kiçik dəliklər açın və hazırladığınız südlü sosu hər tərəfinə bərabər şəkildə gəzdirin.
Keks sosu tamamilə canına çəkdikdən sonra hazırladığınız kremi spatula köməyi ilə keksin üzərinə hamar şəkildə yayın.
Son olaraq kremin üzərinə ələklə bolca kakao səpin. Şirniyyatı soyuducuda ən azı 2-3 saat dincəltdikdən sonra dilimləyərək servis edin.
Keksin sosu tam daxilinə çəkməsi üçün sosu keks çox qaynar ikən deyil, sobadan çıxıb ilk istiliyi getdikdən (5 dəqiqə sonra) sonra tökmək lazımdır.
Kremin bişərkən topaqqlanmaması üçün ocağın üzərində çırpma teli ilə davamlı qarışdırılması mütləqdir.
Daha düzgün və səliqəli dilimlər əldə etmək üçün kəsməzdən əvvəl bıçağı hər dəfə nəm dəsmalla silə bilərsiniz.
Servis edərkən yanına təzə çiyələk, banan dilimləri və ya bir kürə dondurma əlavə edərək təqdimatı daha da zənginləşdirə bilərsiniz.
Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kremli nəm keks resepti
-
Yuxularınızı xatırlamaq üçün sadə QAYDALAR
-
Əhvalınızı yüksəltmək istəyirsiniz? - Bu rəngləri geyinin
-
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
-
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
-
"Real Madrid" ulduz futbolçu üçün "Qalatasaray"dan 80 milyon avro tələb etdi
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz... - YENİLƏNİB
-
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
-
Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı
-
Əlikram Bayramov nəvəsini paylaşdı - FOTO
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
İki güləşçimiz Avropa çempionu oldu
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
-
Akif İslamzadənin səhhəti açıqlandı





