Yayın ən çox sevilən yeməyi - badımcan sırdağı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lənkəran mətbəxində daha çox sevilən yeməklərdən biri də badımcan sırdağıdır. Bu yemək daha çox yay fəslində bişirilir və yeyilir. Buna səbəb badımcan sırdağının hazırlanmasında əsas tərəvəzlərdən olan badımcan və pomidorun bu mövsümdə yetişməsidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, badımcan sırdağı həm də yüngül yeməklərdən hesab edilir. Gənc aşpaz Elçin Həsənov deyir ki, badımcan sırdağı daha çox quru balıq və qarpızla yeyilir: "Əsasən tərəvəzləri iyul-avqustda yetişən badımcan sırdağı daha çox bu aylarda yeyilir. Havaların isti vaxtı bu tərəvəzlər parniklərdə deyil, bütün həyətlərdə yetişir. Bu yeməkdə adından da göründüyü kimi, daha çox badımcan tərəvəzi yer tutur. Avqust ayında badımcan bir az acı olur. Badımcanlar doğranılır və saplağı atılır. Sonra orta hissəsindən bıçaqla kəsilərək üzərinə duz səpilir. Çünki badımcan acılığını çıxarmalıdır. Bu yeməyi bişirərkən pomidor və bir baş sarımsaqdan da istifadə olunur. Yeməyə, həmçinin duz və istiotu öz istəyinizə uyğun vura bilərsiniz. Soyulan badımcanlar isti tavaya düzülür, sonra eyni ölçüdə pomidorlar doğranır. Məlumat üçün deyim ki, pomidor ətli olmalıdır. Parnik pomidoru ilə bu yeməyi bişirmək olmaz. Çünki təbii pomidor öz dadı ilə bu yeməyi daha da təravətləndirir. Badımcanlar qızardıqdan sonra onlar ayrı qaba qoyulur. Pomidorları tavaya bişmək üçün düzülür. Sonra sarımsaqlar xırda-xırda doğranaraq digər bir tavada qovurulur. Pomidor bişdikdən sonra badımcanlar onun üzərinə əlavə edilir. Daha sonra isə xırda-xırda doğranan sarımsaqlar yeməyin üzərinə əlavə edilir. Qısa bir vaxtdan sonra yemək tam hazır olur".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı





