Kulinariya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günün təamı - Novruz süfrəsi üçün gözəl tərtibatlı salatlar - FOTO
17 Mart 2012 07:00
5 Şərh
Baxış: 36 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kala salatı

Tərkibi:
1 st. düyü
3 yumurta
200 q toyuq filesi (krab çöpləri)
50 q bərk pendir
1 orta ölçülü xiyar
1 banka qarğıdalı konservi
mayonez
ərinmiş pendir (lay-lay)
bəzək üçün pomidor və ya xiyar
Düyünü yuyub duzlu suda bişirin. Soyudun.
Yumurtaları qaynadın, soyudub sürtgəcin iri gözündən keçirin, düyüyə əlavə edin.
Bişmiş toyuq filesini (yaxud krab çöplərini) nazik laylar şəklində doğrayın.
Pendiri tərəfi 1 sm olan kubik doğrayın.
Xiyarı kubik doğrayın.
Qarğıdalı konservinin suyunu süzün.
Mayonez də əlavə etməklə bütün ərzaqları qarışdırın. Salatı buluda yığın.
Kala hazırlamaq üçün pomidordan nazik şərid kəsin. Əridilmiş pendir diliminin ortasına pomidordan kəsdiyiniz şəridi qoyun, pendirin iki qarşı ucunu ağız-ağıza birləşdirin. Beləliklə, kalaya bənzər görüntü alınacaq. Bir neçə belə "kala" düzəldib salatın üzərinə yerləşdirin. Tərxundan ona gövdə və yarpaq da düzəldə bilərsiniz.

"Qızıl balıq"

Tərkibi:
150-200 q suda bişmiş tıxsız balıq
1 yumurta
1 kartof
1 böyük yerkökü
mayonez
şüyüd
çuğundur
qara gavalı
Bu, lay-lay salatdır.
Bişmiş balıq ətini xırdalayıb buluda balıq formasında döşəyin. Yumurtanı sürtgəcin iri gözündən keçirib balığını üzərinə döşəyin. Azca mayonez vurun. Kartofu sürtgəcdən keçirin. Bu, üçüncü lay olacaq.
Üzərinə mayonez çəkin. Yerkökünü sürtgəcdən keçirin. Bu, axırıncı lay olacaq.
İstəyə görə, layların arasına duz və istiot da səpə bilərsiniz. Çalışın, layları döşədikcə əvvəlcədən hazırladığınız balıq konturundan kənara çıxmayasınız.
Balığın quyruğunu və üzgəcini şüyüddən, dilini və gözünü bişmiş çuğundurdan düzəldə bilərsiniz. Gözünü düzəldərkən çuğundur diliminin bir tərəfinə mayonez çəkib, bəbək yerinə də qara gavalı qoya bilərsiniz.

"Səbət"

Tərkibi:
istənilən salat
bulka
göy soğan, yaxud tərxun
kolbasa
duzlu çöp
Bu cür tərtibat üçün bir neçə salatdan, xüsusilə də tərkibində kolbasa, yaxud göy soğan olanlardan, istifadə etmək olar.
Bulkanın üstünü kəsib götürün.
Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Onu bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Bu, ondan ötrüdür ki, "səbətin" içinə salat qoyanda bulka islanmasın. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də götürə bilərsiniz.
Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə "səbət" toxuyun. Hazır olandan sonra içinə salat doldurun.
"Günəbaxan"

Tərkibi:
2 toyuq budu
400 q şampinyon
1 baş soğan
3 yumurta
150 q pendir
1 banka çərdəksiz zeytun
qarğıdalı konservi
mayonez,
şüyüd
çips (sadə)
Bu da lay-lay döşənən salatdır.
Toyuq budunu bişirib sümükdən ayırın, xırdalayın. Göbələyi xırda doğrayın, soğanla birlikdə yağda qovurun. Yumurtaları suda bişirin.
Sonra ərzaqları lay-lay döşəyin:
Əvvəlcə toyuq ətinə azca mayonez qatıb qarışdırın, buluda döşəyin.
Üstünə soğanla qovrulmuş göbələk döşəyin. Mayonez çəkin.
Yumurtanı sürtgəcdən keçirib döşəyin. Üstünə mayonez çəkin.
Pendiri sürtgəcin xırda gözündən keçirib salatın üstünə səpin.
Günəbaxan: salatın ortasına dairə şəklində çəngəllə əzilmiş bişmiş yumurtanın sarısını və bir az da qarğıdalı qoyun. Zeytunları 4 bölüb səliqə ilə bunların ətrafına düzün (bunlar günəbaxanın tumları olacaq). Hətta iki-üç sıra təkrarlaya bilərsiniz. Çipslərdən isə günəbaxanın ləçəklərini düzəldin.
"Zümrüd quşu"

Tərkibi:
300 q toyuq əti
1 banka şampinyon konservi
1 təzə xiyar
1 bolqar bibəri
100 q pendir
5-6 ədəd qara gavalı
3 bişmiş yumurta
mayonez
bəzək üçün:
pendir
nar dənələri
qara gavalı
yerkökü
təzə xiyar
göyərti
Bütün ərzaqları ya saman kimi, ya da kubik doğrayın, qarışdırıb duzlayın, mayonez vurun, yenə qarışdırın. Buluda çəkin. Üzərini azca hamarlayın.
Zümrüd quşu: salatın ortasından bir qədər aşağıda ərinmiş pendirdən quş bədəninə bənzər dilim kəsib qoyun. Quyruğunu sürgəcdən keçirilmiş xiyardan düzəldin. Bəzək kimi halqa doğranmış qara gavalı və nar dənələrindən istifadə edə bilərsiniz. Quyruğun konturlarını yerkökündən nazik doğradığınız zolaqlardan düzəldin. Salatın ətrafı boyu isə nar dənələrini düzün.
Nuş olsun!
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
-
Meksika turistlərdən 9 dollar vergi alacaq
-
Dərmanları bu iki yerdə saxlamayın
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - (Video)
-
Yasamal və Xəzər rayonlarında işıq olmayaacq
-
Elçin Sanqu 4 ildən sonra qayıdır
-
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
-
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
-
Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
Nikolas Maduro və xanımı məhkəmədə özlərini təqsirli bilməyiblər
-
Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Günün qoroskopu: Hazırcavablığınız və cazibəniz potensial tərəfdaşı cəlb edə bilər
-
Alişanın evini də su basdı - (Foto)
-
Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Elza başına quş yumurtası qoydu - (Foto)
-
"Milan"dan asan qələbə