Maraqlı

Qız övladı atanın ömrünü uzadır

16 Oktyabr 2026 03:03
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir.

Maraqlıdır ki, həmin araşdırmada oğlan övladlarının sayının ataların ömrünə eyni təsiri göstərdiyi müşahidə olunmayıb.

Tədqiqatçılar bunun mümkün səbəbləri arasında qızların valideynləri ilə daha sıx emosional əlaqə saxlamasını, yaşlandıqda valideynlərə daha çox sosial və praktiki dəstək göstərməsini ehtimal edirlər. Övladın cinsi ilə valideynin sağlamlığı və uzunömürlülüyü arasında düşündüyümüzdən daha mürəkkəb əlaqələr ola bilər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.