Milli Məclisin komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yayıb
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.
"Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.
Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.
Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.
Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən sarsıtmaqdır", - bəyanatda qeyd olunub.
Əlavə edilib ki, hibrid təhdid aktorları "hesablama propaqandası" metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər.
"Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları "əks-səda kameraları" effekti yaradaraq istifadəçilərin yalnız öz mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə yönəldilir.
Bundan əlavə, "filtr qabarcıqları" mexanizmi ilə zərərli məzmun yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.
Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat üsullarına müraciət etmədən platformaların öz infrastrukturu vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.
Monitorinqlər zamanı, həmçinin müəyyən edilmişdir ki, Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin miqyasına baxmayaraq, Qalib Xalqımız qətiyyətli mövqe sərgiləyərək təxribatlara uymamış, dövlətin atdığı addımları birmənalı şəkildə dəstəkləmiş, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi köməyini bu gün də davam etdirir.
Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni cavabsız qoymayacaqdır.
Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli mövqelərinə görə dərin təşəkkürünü bildirir", - deyə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının yaydığı bəyanatda vurğulanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yayıb
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
-
XİN: Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
-
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)
-
Polis bir gündə 49 cinayəti açdı
-
Pezeşkian Bakıda görüşlərdən sonra İrəvana yollandı
-
Rusiyada güclü zəlzələ oldu
-
Bakıda bu işə düzələnlər 1350 manat maaş alacaq
-
Türkiyə Superliqasında ötən ayın ən yaxşısı seçildi
-
Azərbaycan XİN Pakistana başsağlığı verdi
-
Kürdərmirdə yük maşını dayanan TIR-a çırpıldı - Ölən var
-
Tyerri Anri Lamine Yamala: “Bunu "Qalatasaray"lı oyunçuya necə etdin?”
-
Neftin qiyməti ucuzlaşdı
-
Nadir Qafarzadə ilə Elza Seyidcahanın rəqsi diqqət çəkdi - (Video)
-
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi
-
Milli Məclisin komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yayıb
-
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub - (Foto)
-
Bakının iki rayonunda işıq olmayacaq
-
UEFA Avropa Liqası: "Beşiktaş" və “Milan” səfərdə qalib gəldi
-
Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
-
Meksika turistlərdən 9 dollar vergi alacaq
-
Dərmanları bu iki yerdə saxlamayın
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
-
Qız övladı atanın ömrünü uzadır
-
Balığın sümüyü boğazınızda qalsa, bu səhvi etməyin





