Lənkəran mətbəxinin incisi - Balıq sırdağı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu ölkəmizdə qonaq olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxindəki yeməklərdən biri haqqında danışacağıq. Bu, balıq sırdağıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, balıq sırdağı talış mətbəxinin əsas yeməklərindən biri sayılır. Aşpaz Nüsrət Səlimov deyir ki, talış mətbəxində balıq və göyərtidən çox istifadə olunur. Nəticədə həm dadlı, həm də xeyirli yeməklər hazırlanır. Bu yeməklərdən ən məşhuru və seviləni balıq sırdağıdır: "Adından da göründüyü kimi, bu yeməyi hazırlayarkən, ilk növbədə, bizə balıq lazımdır. Bu yemək sümüyü az olan balıqlardan hazırlansa yaxşı olar. Balıqlardan daha çox qızıl balıq, nərə balığı, kütüm və sazandan istifadə edilir. Bizə bu dadlı yeməyi bişirmək üçün 3-4 dəstə cəfəri və pomidor, alça, sarımsaq, abqora və 200-300 qram kərə yağı lazımdır. Əvvəlcə balıq doğranır, zövqə görə duz, istiot əlavə edilir. Sonra isə isti tavaya atılır. Bu vaxt ərzində cəfəri və sarımsaq doğranaraq hazır vəziyyətə gətirilir. Daha sonra göyərti və sarımsaq tavaya tökülür. Pomidor isə halqavari şəkildə doğranılır və balığın üzərinə yığılır. Ərzaqları ikiqat olmaqla bu cür yığdıqdan sonra abqora tökülür, yenə zövqə uyğun duz və istiot əlavə olunur. Sonda isə bir stəkan həcmində su əlavə edilir və bişməsi üçün ocaq üzərinə qoyulur. İyirmi dəqiqədən sonra yemək hazır olur".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





