Ermənistan-Azərbaycan münaqişəsi

Ermənistanlı kənd icması rəhbəri: “Azərbaycanlı əsgərlərin mahnı oxuması kənd sakinlərinə pis təsir edir”

19 Dekabr 2020 09:07
Baxış: 15 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənilər Şuşanın Böyük Qaladərəsi kəndinin ardınca Kiçik Qaladərəsini də tərk edir.

Kənd icmasının rəhbəri David Davtyan bu haqda yerli jurnalistlərə məlumat verib.

Milli.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycan silahlı qüvvələri kəndin lap yaxınlığında dayanıb. Davtyan müsahibəsində bundan çox narahat olduqlarını deyib.

"İnsanlar gedir. Qalanlar da getməyi düşünür. Bir mən qalmışam, bir də kəndin rəhbəri. O tərəfdə azərbaycanlı əsgərlər bütün günü mahnı oxuyur, şənlənirlər. Bu da kənd sakinlərinə pis təsir edir".

Davtyan erməni əsgərlərin qalmadığını bildirib. Onun sözlərinə görə, bütün ümidi rus sülhməramlılarına bağlayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.