Ermənistan-Azərbaycan münaqişəsi

Qarabağda atəşin dayandırılması məsələsi ABŞ-ın iştirakı ilə həll olunub - Lavrov

19 Noyabr 2020 16:25
Baxış: 3 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu ölkələrin ATƏT Minsk qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.

S.Lavrov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusunda ABŞ və Fransa nümayəndələri ilə təmaslar zamanı sezilən "incidilmiş heysiyyət" hissi təəssüf doğurur:

"Mən amerikalı və fransalı həmkarlarıma təmas qurarkən, eləcə də prezident Makronun prezident Putinlə təmaslarında son günlərdə bu mövzuda heysiyyətlərinin incidildiyi sezilir. Bu hal təəssüf doğurur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.