İran

İran prezidenti hədələyici tonda danışır - Rəisi sərhəddəki təxribatlara toxundu

7 Oktyabr 2021 16:56
Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sionist rejimin və İŞİD kimi terror təşkilatlarının İranın ətrafında olması ölkələrin sabitliyinə, regional təhlükəsizliyə ziddir və İran üçün qəbuledilməzdir".

Milli.Az xəbər verir ki, bu sözləri İranın yeni prezidenti Ebrahim Rəisi hökumətin iclasında bildirib. O bildirib ki, qonşuluq siyasəti İran İslam Respublikası üçün hər zaman önəmli olub, lakin bu,  xoşməramlı, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhundan asılıdır və bu siyasət ikitərəfli olmalıdır.

Əlavə edib ki, konstruktiv əməkdaşlıq regionun və Qafqaz regionunun bütün xalqlarının iqtisadi artımının və rifahının əsas amilidir:

"Bölgə təhlükəsizliyi çoxtərəfli bölgələrarası mexanizmlərlə təmin edilməlidir, çünki pis və iddialı ünsürlərin müdaxiləsi millətlərin maraqlarına ziyan vurur. Təhlükəsizlik qaynaqları son nəticədə çökməyə gətirib çıxarır və tarix göstərir ki, xarici qoşunlara güvənmək ordularının milli kimliyini və mənəviyyatını pozur və sınaq və böhranlarda uğursuz olur".

Qeyd edib ki, İran İslam Respublikası milli maraqlarını qorumaqda ayıq və fəaldır:

"Sionist rejimin və İŞİD kimi terror təşkilatlarının İranın ətrafında olması ölkələrin sabitliyinə və regional təhlükəsizliyə ziddir və İran İslam Respublikası üçün qəbuledilməzdir".

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.