İran

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

17 Sentyabr 2021 11:50
2 Şərh     Baxış: 2 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmış büstünün video və fotolarını paylaşıb.

"Qarabağın işğalı zamanı erməni qoşunları bütün zamanların ən böyük şair və filosoflarından biri olan Nizami Gəncəvinin büstünü təhqir ediblər", - Diqqəti yazıb.

Fotoqraf qeyd edib ki, 2021-ci ildə dahi şairin anadan olmasının 880 illiyi tamam olur.

Onun sözlərinə görə, hələ XVII əsrdə fransız şərqşünası Bartelemi de Molenvil Avropaya Gəncəvinin qeyri-adi gözəl poeziyası haqqında danışıb.

R. Diqqətinin çəkdiyi görüntüləri təqdim edirik:

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.