İran

Əhvazda keçirilən etirazlarda qan töküldü - İran polisi insanları atəşə tutub - VİDEO

16 İyul 2021 14:04
1 Şərh     Baxış: 2 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın etnik ərəblərin yaşadığı Xuzistan vilayətinin Əhvaz şəhərinin Zuye küçəsində etiraz mitinqi keçirilib.

Milli.Az xəbər verir ki, etirazlara səbəb son həftələrdə işığın və suyun davamlı olaraq söndürülməsi, İran dövlətinin Xuzistan bölgəsindəki su hövzələrini bilərəkdən qurutması və sözügedən problemlər nəticəsində insanların öz əkinçilik məhsullarının və mal-qarasının məhv olmasıdır.
 
Etirazçı ərəb xalqı müxtəlif şüarlar səsləndirərək İran hökumətinin bu addımlarla onları öz yurdlarından didərgin salıb etnik təmizləmə siyasəti yürütməsini pisləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.