İran sirli yeraltı obyekt üzərində işləri gücləndirdi – Şok DETALLAR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran son aylarda beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan, lakin strateji baxımdan olduqca mühüm hesab edilən sirli yeraltı obyekt üzərində işləri intensivləşdirib.
"The Washington Post" nəşri yazır ki, bu obyekt uzun illərdir gündəmdə olan və Tehranın nüvə proqramı ilə bağlı sualları daha da artıran yeni mərhələnin başlanğıcı ola bilər.
Milli.Az xəbər verir ki, mənbənin məlumatına görə, tikinti prosesi hələ 2020-ci ildən başlayıb və "Kirka dağı" adlanan dağ massivinin dərinliklərində aparılır. İran mühəndisləri burada tunellər qazaraq geniş yeraltı zal və keçidlər sistemi yaradırlar. Strateji baxımdan ən diqqətçəkən məqam isə onun Natanz nüvə kompleksindən cəmi 1,6 kilometr aralıda yerləşməsidir. Məhz bu kompleks 22 iyun tarixində ABŞ Hərbi Hava Qüvvələrinin bombardmanına məruz qalmışdı.
Nəşrin qeyd etdiyinə görə, Kirka dağındakı obyektin dəqiq təyinatı hələ də müəmmalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri indiyə qədər orada heç vaxt olmayıb, nəzarət və monitorinq üçün icazə də almayıblar. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, Tehran bu obyektlə bağlı göndərilən sorğulara heç bir cavab verməyib və onun statusu barədə məlumat təqdim etməkdən imtina edir.
Ekspertlər hesab edir ki, bu, İranın MAQATE-nin nəzarət mexanizmlərini qəsdən kənarda saxlamaq və nüvə fəaliyyətlərini dərin yeraltı obyektlərdə gizlətmək strategiyasının tərkib hissəsidir. Analitiklərin qiymətləndirmələrinə əsasən, Kirka dağındakı yeraltı zal və tunellər 100 metrədək dərinlikdə yerləşə bilər, bu isə onları həm peyk kəşfiyyatından, həm də hava zərbələrindən qoruyacaq səviyyədə edir.
Yeni mərhələ - İran "sabotajdan qorunan" infrastruktur yaradır
Qərb analitikləri hesab edirlər ki, Tehranın bu addımı həm də Natanz və Fordo kimi obyektlərə qarşı keçirilən hücum və diversiyalara cavab xarakteri daşıyır. ABŞ və İsrail son illərdə İranın nüvə proqramını ləngitmək üçün bir sıra kəşfiyyat əməliyyatları və kiber hücumlar həyata keçirib. Kirka dağındakı kompleks isə məhz bu cür müdaxilələrə qarşı "yeni nəsil sabotajdan qorunan infrastruktur" kimi nəzərdə tutulmuş ola bilər.
Bəzi Qərb ekspertləri ehtimal edirlər ki, burada yüksək səviyyəli uran zənginləşdirmə infrastrukturu, ballistik raket texnologiyaları və ya nüvə silahlarının komponentlərinin hazırlanması kimi fəaliyyətlər aparıla bilər. Digər versiyalara görə isə İran bu obyekt vasitəsilə MAQATE ilə monitorinq və hesabatlılıq prosesini məhdudlaşdırmaq və öz nüvə proqramını "qara qutu"ya çevirmək istəyir.
Vaşinqton və Təl-Əviv vəziyyəti diqqətlə izləyir
ABŞ kəşfiyyat orqanları və İsrailin təhlükəsizlik qurumları bu bölgədəki aktivliyi son aylarda xüsusi nəzarətə götürüblər. Qərbdə yaranan əsas sual budur: İran bu obyekt vasitəsilə sülh məqsədli nüvə proqramını davam etdirir, yoxsa gizli hərbi mərhələyə keçid edir?
Hazırkı şəraitdə ən böyük narahatlıq ondadır ki, əgər Kirka dağındakı obyekt doğrudan da yeni zənginləşdirmə infrastrukturu üçün nəzərdə tutulubsa, bu, regionda nüvə balansını tamamilə dəyişə bilər.
Tehranın susqunluğu və MAQATE ilə əməkdaşlıqdan yayınması isə bu sirli obyektin ətrafındakı sualları daha da artırır. /Musavat.com
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İranda orqanlarını satırlar: 20-30 faiz endirimlə... - (Foto)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
İran bunu etsə, “kiberqiyamət” olacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
XƏBƏR LENTİ
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib





