İran Prezidenti Məsud Pezeşkian ölkədə davamlı olaraq elektrik enerjisində yaranan fasilələrə görə xalqdan üzr istəyib.
Milli.Az axar.az-a istinadən bildirir ki, Pezeşkian bu barədə Tehranda keçirilən 17 milyard dollarlıq enerji investisiya layihəsinin imzalanma mərasimində çıxış edərkən deyib.
"Tankerlərimizdəki qaz ehtiyatları elektrik stansiyalarının tələbatını ödəməyə kifayət etmirdi. Təbii ki, Neft və Energetika Nazirliyindəki dəyərli əməkdaşlarımız böyük zəhmətlə hasilatı artıraraq və bu çətin dövrü bağlayaraq, yol verilən nöqsanları aradan qaldıra bildilər. Buna görə əhali qışda qazsız qalmadı. Ancaq, elektrik enerjisində yaranan fasilələrə görə xalqdan bir daha üzr istəyirəm", - İran prezidenti bildirib.
Milli.Az