İran

İranda silahlı toqquşmada 10 sərhədçi öldü

26 Oktyabr 2024 16:58
Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən silahlı toqquşma nəticəsində 10 sərhədçi həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə "Azad Iran" "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, iki hərbi maşın silahlı şəxslər tərəfindən atəşə tutulub.

Hadisə zamanı bir neçə nəfər yaralanıb.

İranın daxili işlər naziri İsgəndər Momeni hadisənin ətraflı araşdırılmasını tapşırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.