İran

Qonşu ölkədə qorxunc xəstəliyə yoluxanların sayı artır

13 Oktyabr 2024 14:31
Baxış: 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda Denge qızdırmasına yoluxanların sayı artıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qubad Moradi bildirib ki, ilin əvvəlindən xəstəliyə yoluxanların sayı 226 nəfərə çatıb.

Onun sözlərinə görə, Çabahar şəhərində Denge qızdırmasının yayılması daha yüksəkdir. Hazırda şəhərdə virusa yoluxanların sayı azı 100 nəfərdir.

Qeyd olunur ki, xəstəliyin əsas əlamətlərinə yüksək hərarət, bədən ağrıları, göyərmə və yorğunluq daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.