İran

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi

28 İyul 2024 13:52
Baxış: 1 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın ali dini lideri Əli Xamenei Məsud Pezeşkianın İslam Respublikasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı baş tutan mərasimin canlı yayımı İRİB telekanalı tərəfindən həyata keçirilib.

Tehranda keçirilən tədbirdə İran rəhbərliyindən çoxlu yüksək vəzifəli şəxslər və ilahiyyatçılar iştirak ediblər. Mərasim Daxili İşlər Nazirliyinin rəisi Əhməd Vəhidinin prezident seçkilərinin necə keçdiyi barədə məruzəsi ilə başlayıb.

Fərmanın mətnini Xameneinin ofisinin rəhbəri Məhəmməd Qolpayeqani oxuyub. Ali rəhbər orijinalı şəxsən Pezeşkiana təhvil verib. Yeni prezident xalqa minnətdarlıq sözləri ilə çıxış edib, onları birliyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.