İran

Xameneinin bu kitab barədə fikirləri gündəm oldu

17 May 2024 20:58
Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamnei 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində italiyalı yazıçı İqnazio Silonenin "Çörək və şərab" romanı ilə bağlı dedikləri sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  italiyalı yazıçının kitabını əlində nümayiş etdirən dini lider onu oxuduğunu və haqqında məlumatlı olduğunu iddia edib

Daha sonra kitabla bağlı insanlara izah verməyə başlayıb:

"Bu, yunanların türklər, Osmanlı türkləri barədə dedikləridir. Kitab yunanların türklər qarşısındakı məzlumluqlarını çox gözəl şəkildə təsvir edib".

Qeyd edək ki, əsərin Xamneinin danışdığı mövzularla heç bir əlaqəsi yoxdur. Kitab faşizmin İtaliyada hakimiyyətə gəlməsindən və antifaşist hərəkatından bəhs edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.