İran

İran valyutasının ucuzlaşma səbəbini “tapdı”

8 Aprel 2024 15:40
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər İranda dolların bahalaşmasının əsas səbəbkarı İsrailin son hücumudur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu parlamentin Sənaye və Mədən Komissiyasının üzvü Məhəmməd Hüseyn Fərhəngi deyib.

"Məzənnənin artmasının ən böyük səbəbi İsrailin son hücumundan sonra yaranan narahatlıq və gərginlikdir. İsrailin gərginlik səviyyəsini artırmaq və münaqişələri genişləndirmək cəhdi müxtəlif bazarlarda psixoloji təsirlər yaradıb", - o iddia edib.

Qeyd edək ki, bir neçə ildir ucuzlaşmaqda davam edən İran pulu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra daha sürətlə dəyər itirməyə başlayıb. Hazırda Tehranın azad bazarında bir dollar 64 min tümənə satılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.