İran

Sərt cavab veriləcək - Rəisidən xəbərdarlıq

2 Fevral 2024 18:56
Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranı qorxutmağa cəhd edərlərsə, sərt cavab veriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İranın Prezidenti İbrahim Rəisi deyib.

"Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dilindən istifadə edib, hərbi ssenari ilə qorxudurdular. İndi isə belə sözlər eşidilmir, əksinə, hamı iddia edir ki, onların İranla münaqişəyə girmək niyyətləri yoxdur", - Rəisi bildirib.

Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını və cavab veriləcəyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.