İran

Rəisi: "İran üçün qonşu ölkələrin təhlükəsizliyi vacibdir"

21 Sentyabr 2023 07:36
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran üçün qonşu ölkələrin təhlükəsizliyi vacibdir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının illik debatlarında çıxışı zamanı deyib.

O Qərb dövlətlərini regionda sabitliyi pozmağa yönəlmiş açıq cəhdlərə görə tənqid edib.

Rəisinin fikrincə, bəzi ölkələr soyuq müharibə ruhunda qlobal səviyyədə bloklar yaratmağa çalışırlar.

İran lideri qeyd edib ki, keçmişə qayıdış bütün bəşəriyyət üçün ciddi təhlükədir.

"İran ardıcıl olaraq Şərqlə Qərb arasında yeni çatların yaranmasına qarşıdır və əmindir ki, belə bir ssenarinin qarşısı alınmalıdır", - Rəisi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.