İran

İranda həbsdə olan azərbaycanlı fəal 16 min dollar girov qoyaraq azadlığa çıxdı

26 Avqust 2023 19:04
Baxış: 2 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 208 dollar) girov müqabilində azadlığa buraxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, milli fəal "ictimai asayişi pozmaq və Süngün Mis Mədən Kompleksinin narazı əməkdaşlarını təhqir etmək"də ittiham olunub.

Xatırladaq ki, o, bir müddət öncə çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.