İran

Tehran generalları sərhədimizə niyə göndərdi?

21 İyul 2023 17:22
Baxış: 1 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Bagirinin Azərbaycan-İran sərhəddinin Poldəşt bölgəsindəki sərhəd məntəqəsinə gəlməsi müzakirələrə səbəb olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, İranın bir neçə mediası və sosial media kanalları Bagirinin səfərini Azərbaycan Respublikasına xəbərdarlıq kimi təqdim ediblər.

İranın bəzi hərbi mənbələri yazır ki, Tehran rejimi ordusunun bir neçə yüksək rütbəli komandirinin Azərbaycan və Türkiyə sərhədinin bitişdiyi nöqtəyə, Naxçıvan sərhədinin yaxınlığında yerləşən bölgəyə səfəri Azərbaycanla yanaşı, Türkiyəyə də mesajdır.

Bagirinin Azərbaycan Respublikası ilə sərhədə gəlişi İsrailin müdafiə naziri Yaov Qallantın səfərindən, həmçinin, İsrail, Azərbaycan və Türkiyə arasında üçtərəfli strateji əməkdaşlıq haqqında xəbərlərin dərcindən sonraya təsadüf edir.

Qeyd edək ki, bu səfərdə Məhəmməd Bagirini İran ordusunun komandanı general Seyid Əbdülrəhim Musəvi, admiral Həbibullah Səyyari, İran Quru Qoşunlarının komandanı briqada generalı Keyumərs Heydəri və ordunun əməliyyatlar üzrə komandir müavini admiral Seyid Mahmud Musəvi müşayiət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.