İran

SEPAH-ın gecə hücumu: artilleriya zərbələri endirdi

13 İyun 2023 19:43
Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 12-də SEPAH Kürdüstan əyalətinin Sərvabad şəhərinin yaxınlığında yerləşən Kosalan dağı və ətraf bölgələrə artilleriya zərbələri endirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kürdüstan İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda SEPAH qüvvələrinin Rezab kəndinin yüksəkliklərini bombardman etdikdən sonra bir neçə buldozeri əraziyə topladığı bildirilib.

Həmçinin, gecə saat 22 radələrində SEPAH qüvvələrinin toplaşdığı bölgədə güclü partlayış səslərinin eşidildiyi qeyd edilib.

Qeyd edək ki, son günlər SEPAH qərb sərhədlərinə çox sayda ağır və yüngül hərbi texnika və canlı qüvvə toplayaraq, bölgədə ciddi təhlükəsizlik tədbirləri görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.