İran

İran müxalif jurnalistlərin ailələrini girov götürür

24 May 2023 21:58
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Molla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda yaşayan ailə üzvlərini girov götürür.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Avropada fəaliyyət göstərən jurnalist Şima Şəhrabi məlumat yayıb.

O özünün Avropadakı media fəaliyyətlərinə görə 3 həftə öncə qardaşı Səccad Şəhrabinin təhlükəsizlik məmurları tərəfindən həbs edildiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı xaricdə yaşayan iranlı jurnalistlərin və hökumət əleyhdarlarının ailələrinin Tehran rejimi tərəfindən girov götürülməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.