İran

Netanyahu: İranı yalnız bu dayandıra bilər!

1 May 2023 12:30
Baxış: 1 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndiyə qədər görülən tədbirlər İranın nüvə proqramını on il geriyə salıb, lakin yalnız etibarlı hərbi təhdid onu tamamilə dayandıra bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu İsrail hökumətinin başçısı postuna qayıtmasının ən mühüm səbəbinin İranın atom probleminin həlli olduğunu vurğulayıb:

"Təxminlərimizə görə, bizim çoxkomponentli səylərimiz nəticəsində ilkin planlarını yavaşlatdılar. Təxminən on il əvvəl indi olduqları yerdə olacaqlarını düşünürdülər. Biz onları ləngidə bildik, lakin tamamilə dayandıra bilmədik. Əgər siz İranın nüvə dövlətinə çevrilməsini istəmirsinizsə, onları dayandırmağın yeganə yolu hərbi təhdiddir", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.