İran

“İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər” - ABŞ İnstitutu

8 Mart 2023 13:57
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, İran rejimi Novruz bayramı ərəfəsində ölkənin təhlükəsizliyini artırmaq üçün son kimyəvi hücumlardan istifadə edir: "Davam edən etirazlar rejimin təhlükəsizliyi üçün böyük problemlər yarada bilər. Eyni zamanda rejim məlum etirazçıları və aksiya təşkilatçılarını həbs etmək üçün təhlükəsizlik tədbirlərini artıra bilər".

ABŞ İnstitunun qənaətinə görə, yaxın günlərdə və həftələrdə ölkənin təhlükəsizlik tədbirləri gücləndiriləcək: "Bunun üçün zəhərlənmələrdən istifadə olunacaq. İran İslam İnqilab Keşikçilərinə (Sepah) bağlı "Təsnim" xəbər agentliyi iddia edir ki, ölkədəki zəhərlənmə iğtişaşları qızışdırmaq məqsədi daşıyır. Həmçinin zəhərlənmə kampaniyasının etiraz qruplarını sıxışdırmaq üçün bəhanə kimi istifadə olunacağı da gözlənilir".

Qeyd edək ki, İranda tələbə qızların kütləvi zəhərlənməsi fevralın 15-dən başlayıb.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.