İran

London Film Festivalında iştirak etmək istəyən iranlı rejissor ölkədən buraxılmadı

15 Oktyabr 2022 14:31
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranlı kinorejissor Mani Həqiqiyə Beynəlxalq Film Festivalında iştirak etmək üçün Londona uçuşa icazə verilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun pasportu heç bir izahat verilmədən hava limanında müsadirə olunub. Həqiqi festivalda "Subtraction" adlı son filminin ölkə premyerasını təqdim edəcəyi gözlənilirdi.

Rejissor tədbir iştirakçılarına videomüraciət ünvanlayıb. O, hava limanındakı son dərəcə kobud davranışın səbibini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsində görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.