Milli.Az xəbər verir ki aznews.az futbol üzrə 20-ci dünya çempionatı ilə bağlı Xumar Qədimovadan müsahibə götürüb.
- Xumar xanım, dünya çempionatı başa çatır...
- Hər dəfə çempionat başa çatanda pis oluram. İstəyirəm ki, belə böyük yarış heç olmasa iki ildən bir keçirilsin.
- Qarşıda Avropa çempionatı da var...
- Təbii ki, bilirəm, xəbərim var.
- Çempionatın hansı oyunlarını izlədiniz?
- Əksəriyyətini izlədim. Məsələn, dünən Argentinadan Hollandiyaya qalib gələcəyini gözləmirdim. Çox güclü oynadılar.
- Heyətində Messi kimi oyunçusu olan komanda niyə zəif oynamalıdır ki?
- Bundan əvvəlki oyunlarda bir az zəif oynamışdılar, xoşum gəlməmişdi. Amma dünənki gözlənilməz oldu. Əla idi, ləzzət elədi. Məndə bir xüsusiyyət var, bir oyunçuya görə bütün komandaya azarkeşlik edirəm. Məsələn, Robbenə görə Hollandiyanı sevirəm. Dünənki oyunda Hollandiyaya görə yox, amma Robbenə görə əziyyət çəkdim.
- Bir vaxtlar Lizarazyu (1992-2004-cü illərdə Fransa millisində çıxış edib-İ.V) soyadlı fransız oyunçuya da azarkeşlik edirdiniz...
- Lizarazyuuu...(gülür). Məsələn, Lövə görə Almaniyanı sevirəm.
- Amma Yoahim Löv Almaniya yığmasının baş məşqçisidir, oyunçu deyil.
- Onun canını qoymağı, çalışqanlığı, xarizması, xarakteri çox xoşuma gəlir. O, mənim üçün xarakter olaraq vacib şəxsiyyətdir. Almanların özəlliyi də nizam-intizamlı və soyuqqanlı olmaqlarıdır.
- Deyəsən, artıq final oyununu proqnozunu da verirsiniz...
- Məncə, finalda almanlar qalib gələcəklər. Evdəkilər Messiyə azarkeşlik edirlər. Mən də istərdim Argentina qalib gəlsin, amma Lövdən keçə bilmirəm. Argentinanın dünənki oyunundan sonra finalda şansların bərabər olduğunu düşünməyə başlamışam.
Argentina mənim üçün daha istidir xalq kimi. Alman almandır.
- Adını çəkdiyiniz Löv və Lizarazyu soyadları çox qəribə səslənir. Onları sırf adlarına görə bəyənirsiniz yəqin ki...
- Qətiyyən. Lövü niyə bəyəndiyimi dedim. Lizarazyu adının da çox maraqlı səslənişi var. Bu dünya çempionatında narazı olduğum bir məqam var.
- Maraqlıdır...
- Bu, məni çox əsəbləşdirir. O gün bu barədə bacıma da dedim ki, çox istərdim Azərbaycan mediası bu fikirlərimi dünyaya çatdırsın. Məsələn, istərdim ki, keçmiş oyunçuları həmin oyunlarda azarkeş qismində görüm.
- Kimləri?
- Maradonanın oyuna baxmağını, Ronaldo, Rivaldonu, Oliver Kanı görmək istərdim. Kan üçün ölürdüm. Onlar üçün darıxıram. Oy daa, o futbolçuların oyuna baxmaqlarını təsəvvür edirəm. Ondan gözəl nə ola bilər? Təsəvvür edin ki, baxırlar, həyəcanlanırlar, ağlayırlar. O anları görmək istəyirəm.
- Braziliyanın almanlarla oyununa baxdınız?
- Hə, şok idi mənim üçün. Mən onları qısqanmağa başlamışam.
- Niyə?
- Onlar niyə elə zəifdirlər? Bir müsahibəmdə demişdim ki, Braziliya Azərbaycanla da oynasa, Braziliyaya azarkeşlik edərəm. Onları o qədər sevirəm ki, top deyəndə yadıma Braziliya düşür. Çünki onları bu oyunda qəhrəman bilirəm və qəhrəmanın qalib olmağını istəyirəm. Çempionat başlayanda demişdim ki, Braziliya Almaniya və Hollandiyadan biri qalib olacaq. Amma Argentinanın adını deməmişdim. Yekunda almanların üzərində daha çox dayanıram.
- Bəzi sənət adamları bukmeyker kontorlarına proqnozlar verirlər. Bəs siz?
- Yox, olmayıb. Onu edənlərin futboldan başı çıxırmı?
- Bəs sənin fikrincə, finalda kim udacaq?
- Məncə, Messinin "Barselona"dakı oyunu alınsa, almanlar üçün asan olmayacaq. Çünki Almaniya millisinin müdafiəçiləri Mats Hummels, Per Mertezaker, Hövedez çox ləng və ağırdır.
Milli.Az
İç siyasət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Xumar Qədimova: "Onun üçün ölürdüm"
10 İyul 2014 19:39
2 Şərh
Baxış: 3 614

DİGƏR XƏBƏRLƏR
-
"Böyük razılaşmalar elan olunacaq"
-
Ərdoğan Trampla görüşdə nə danışdı?
-
Toyda dava düşdü: musiqiçi DÖYÜLDÜ - VİDEO
-
Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
-
"Beyin yuyan" "xeyriyyə təşkilatı" ifşa oldu - Təbliğata milyonlar sərf olunub
-
Bakı dünyanın mərkəzində: COP29 başlandı
XƏBƏR LENTİ
-
Məşhurların keçmiş peşələri təəccübləndirdi
-
“Onun məhkəmədə ifadə verməsini səbrsizliklə gözləyirəm”
-
"O, hələ gün işığı görməyib"
-
Maşın almazdan əvvəl nə qədər sürüldüyünü 7 sadə üsulla yoxlayın
-
Evliliyindən peşman olan 4 məşhur
-
Dərmanı susuz necə udmaq olar? - gözlənilməz üsul
-
Qəhvəni bu saatda için
-
50 yaşdan yuxarı insanlar bu məşqi etsələr, ölüm riski AZALACAQ
-
Tez-tez acmağınızın səbəbi
-
Azərbaycanda istirahət mərkəzində kütləvi zəhərlənmə oldu
-
Mədə Xərçənginin əsas səbəbi tapıldı
-
Çağatayın yeni tərzi gündəm oldu - FOTO
-
Günün qoroskopu: Gəlir yollarınızı qiymətləndirin
-
İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
Gülay Zeynallı: "Evdə çox böyük qadağalarımız var" - FOTO
-
Ərinin tabutu yanında rəqs edən qadın sosial şəbəkədə müzakirələrə səbəb oldu - VİDEO
-
Hande Livanda dəbdəbəli toyda - VİDEO
-
İyulun 21-də qaz kəsiləcək - Bu ərazilərdə
-
Çin yeni virusla mübarizə aparır: Sürətlə yayılır
-
Az yaşayan yeganə bürc
-
Dünyanın yeddinci möcüzəsi dənizdən çıxarıldı
-
2 yaşlı uşağın başına faciə gəldi – Soyuducunu açdı və... - FOTO
-
Hande Erçel "Yaşayan ən gözəl qadın"dan biri oldu