“CapCut”a rəqib gəlir - Daha çox peşəkardır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Instagram" video yaradıcıları üçün nəzərdə tutulan yeni montaj tətbiqi "Edits"i təqdim edib. "Meta" şirkətinin istifadəyə verdiyi bu tətbiq, "TikTok"un məşhur video redaktə proqramı "CapCut"a birbaşa rəqib olaraq nəzərdə tutulur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Edits" artıq iOS və Android platformalarında pulsuz şəkildə yüklənə bilir.
Tətbiq yanvar ayında elan edilmişdi və bu gündən etibarən rəsmi istifadəyə verilib. "Edits" istifadəçilərə layihələrin idarə olunması, qeydlərin və ideyaların izlənməsi, videoların performans göstəricilərinin təhlili kimi imkanlar təqdim edir.
Ən diqqətçəkən məqamlardan biri isə "Edits"in süni intellekt dəstəkləyən animasiyalar, yaşıl ekran (green screen) əvəzetməsi və obyekt ayırma funksiyası kimi inkişaf etmiş video redaktə alətləri təklif etməsidir - bu funksiyalar hazırda əsas "Instagram" tətbiqində mövcud deyil.
"CapCut" hazırda "TikTok" üçün əsas video redaktə vasitəsi kimi istifadə olunur və əvvəlki dövrlərdə həm "TikTok", həm də "CapCut" ABŞ-da tətbiq mağazalarından müvəqqəti çıxarılmışdı. Bu səbəbdən, "Meta" şirkətinin "Edits" vasitəsilə bu sahədə rəqabəti gücləndirmək istədiyi açıq görünür.
"Instagram" rəhbəri Adam Mosseri bildirib ki, "Edits" ilkin mərhələdə "CapCut" ilə oxşar funksiyalar təqdim etsə də, gələcəkdə bu platforma daha geniş yaradıcılıq imkanları ilə fərqlənəcək. Onun sözlərinə görə, "Edits" daha çox peşəkar və yaradıcılıq yönümlü istifadəçilər üçün nəzərdə tutulub.
Şirkət artıq "Edits" üçün yeni funksiyalar üzərində də işlədiyini elan edib. Yaxın zamanda əsas kadrların (keyframes) idarə olunması, əlavə süni intellekt əsaslı montaj vasitələri və komanda ilə birlikdə video üzərində işləmək imkanı tətbiqə əlavə olunacaq.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Dünyanın ilk alışqanlı smartfonu
-
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
-
OpenAI ilə İlon Mask arasında yeni qarşıdurma
-
Uzaqdakı sevgililər üçün yeni texnologiya: Öpüşü hiss etdirən 150 dollarlıq cihaz - (Video)
XƏBƏR LENTİ
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)





