Ölkə

Satılan "Kirayə mənzillər" yenidən satışa çıxarıldı - Bu dəfə daha baha qiymətə - FOTO

23 Aprel 2025 10:59
Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 8-də İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili satılıb.

Milli.Az xəbər verir ki, mənzillərin bəziləri bir neçə gün sonra yenidən satışa çıxarılıb.

Belə ki, Fond tərəfindən 11 448 manat ilkin ödənişlə satışa çıxarılan bir otaqlı 61 kv mənzil yenidən daha baha qiymətə satışa çıxarılıb. Satan şəxs tərəfindən mənzil üçün ilkin ödəniş 42 min tələb olunur.

Eyni zamanda 2 otaqlı mənzillər də daha yüksək ilkin ödənişlə satılır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, isə həmin mənzillərin addan ada keçirilməsi mümkün deyil. Bunun üçün rəsmi şəkildə İpoteka və Kredit Zəmanət Fonduna müraciət olunmalıdır. 

Görünən odur ki, bir sıra işbazlar növbəti dəfə dövlət layihəsindən sui-istifadə edərək asan yoldan pul qazanmağa çalışırlar. Bu da öz növbəsində ehtiyacı olan şəxslərin mənzillərə  əlçatanlığını azaldır. 

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.