Samir Abasov üzr istədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında "Sabah"a uduzaraq mübarizəni dayandıran "Neftçi"nin baş məşqçisi Samir Abasov oyunsonrası təşkil olunan mətbuat konfransında iştirak edib.
Milli.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər.
- 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsən ki, bunlar "Neftçi"yə necə gəlib? Titul gedib. Beyninizdə yay transfer pəncərəsini fikirləşirsiz. Anderssonu görsəz, nəsə sözləriniz olardı?
- Söz demək mənə düşmür. Çünki birlikdə işləməmişik. O və başqa insan haqda danışmaq istəmirəm. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlamaq istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik.
- Bassalu Sambuya qırmızı verilməsəydi, "Neftçi" bu gün finalda olardı?
- Məncə, o qədər də aidiyyəti yoxdur. Hər mövqedə ümid etdiymiz oyunçular var. Amma o yoxdur deyə, o haqda danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurub, bu da bizi ümidləndirirdi. Cəzasını bir oyuna da salmadılar. Sual pis deyil. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır. Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dambo, Şeydayev, Ağadadaş var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Çətindir.
- "Neftçi" bu gün qocaları xatırladırdı. Amma məsuliyyəti üzərinizə götürdüz. Futbolçuları qoruyursuz?
- Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.
- Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib, istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?
- Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Həmin prbolemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin





