Cəmiyyət

Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb

9 Sentyabr 2026 16:23
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlanıb.

Hadisənin sentyabrın 9-u səhər saatlarında İkinci Fəxri Xiyabanda (Qurd qapısı) baş verdiyi məlum olub.

Məzarın başdaşına quraşdırılmış barelyef Nəcəf Nəcəfovun vaxtilə rəhbərlik etdiyi "Azərbaycan gəncləri" və "Azadlıq" qəzetlərinin iki səhifəsini əks etdirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb.

Araşdırmalar zamanı oğurlanmış barelyefin satıldığı yer də müəyyən edilib. Barelyef maddi sübut kimi götürülüb. Baxış zamanı onun hissələrə doğrandığı müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq və digər zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, Nəcəf Nəcəfov 1980-1990-cı illərdə "Azərbaycan gəncləri" və "Azadlıq" qəzetlərinin redaktoru olub. O

Nəcəf Nəcəfov 1999-cu ildə vəfat edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.