Türkiyə

İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video

9 Sentyabr 2026 15:03
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İstanbulun Küçükçekmece rayonunun Halkalı bölgəsində silahlı qarşıdurma zamanı 12 yaşlı uşaq yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə anının görüntüləri yayılıb.

Hadisə sentyabrın 6-da axşam saatlarında baş verib. İki nəfər arasında başlayan mübahisənin silahlı davaya çevrildiyi, həmin vaxt dostları ilə futbol oynayan Abbasın isə atışmanın ortasında qaldığı bildirilir. Açılan atəş nəticəsində güllələrdən biri 12 yaşlı uşağın topuğuna dəyib.

Yayılan görüntülərdə silahlı qarşıdurmanın baş verdiyi anlar əks olunub. 

Hadisə zamanı yaralanan Abbasın fotoları yayılıb. Sentyabrın 6-da Halkalı bölgəsində iki nəfər arasında başlayan mübahisənin silahlı davaya çevrilməsi zamanı Abbas təsadüfi gülləyə tuş gəlib. Dostları ilə futbol oynamaq üçün küçəyə çıxan 12 yaşlı uşağın dabanına güllə dəyib.

Hadisədən sonra xəstəxanaya çatdırılan Abbas əməliyyat olunub və dabanındakı güllə çıxarılıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Məlumata görə, azərbaycanlı ailənin övladı olan Abbas hadisədən cəmi iki həftə əvvəl futbol məktəbinə yazılıb. Atası Əflatun Məmiyev oğlunun futbol arzularının bu hadisə nəticəsində yarımçıq qalmasından təəssüfləndiyini bildirib.

12 yaşlı Abbasın fotolarını və hadisənin görüntülərini təqdim edirik. /nocomment.az/

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.