Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağır məktəb çantası daşımaq uşaqların inkişaf mərhələsində olan sümük-əzələ sisteminə, xüsusən də onurğa sütununa ciddi və bəzən geri dönülməz zərər vura bilər.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev açıqlayıb.
Onun sözlərinə görə, uşaqların sümük və oynaqları inkişaf edən orqanizm olduğu üçün xarici fiziki təsirlərə çox həssasdır: Hər gün müntəzəm olaraq normadan artıq yük daşımaq bədənin təbii anatomik balansına mənfi təsir göstərir. Məktəb çantası ağır olduqda uşağın cazibə mərkəzi arxaya doğru sürüşür. Düzgün müvazinəti saxlayıb yıxılmamaq üçün uşaq şüursuz şəkildə başını və çiyinlərini irəli əyir, belini isə qabarıqlaşdırır. Bu mexaniki uyğunlaşma fəqərələr arası disklərə düşən təzyiqi normadan bir neçə dəfə artırır. Nəticədə, hələ formalaşmaqda olan onurğa sütununda patoloji əyriliklər yaranmağa başlayır. Ən çox rast gəlinən problemlər onurğanın irəli doğru normadan artıq bükülməsi (kifoz) və bel lordozunun pozulmasıdır. Çantanı tək çiyində daşımaq vərdişi isə bədənin bir tərəfinə qeyri-bərabər yük salaraq onurğanın yan tərəfə əyilməsinə, yəni funksional skolioza gətirib çıxarır. Uşaq çantanı hansı tərəfdə daşıyırsa, o tərəfin çiyin və bel əzələləri həddindən artıq gərilir, qarşı tərəf isə zəifləyir. Bu da çiyin səviyyələrinin disbalansına səbəb olur.
İ. Şıxbabayev qeyd edib ki, bu fiziki yük yalnız onurğa ilə məhdudlaşmır: Ağır çanta çiyin və boyun əzələlərinə həddən artıq fiziki yük əmələ gətirir, bəzən əzələlərdə xroniki ağrılar baş verir. Eyni zamanda, bədənin irəli əyilməsi döş qəfəsini sıxdığı üçün uşağın dərin nəfəs almasını çətinləşdirir. Bu da beyin və bədənin oksigenlə təminatını zəiflədərək gün ərzində tez yorulmaya, dərsə qarşı diqqətsizliyə yol açır.
Travmatoloq bildirib ki, Dünya Səhiyyə Təşkilatının və pediatr-ortopedlərin ümumi qəbul etdiyi tibbi normaya əsasən, məktəb çantasının çəkisi uşağın bədən çəkisinin maksimum 10%-ni təşkil etməlidir: Müstəsna və məcburi hallarda bu hədd ən çox 15% ola bilər, lakin 15%-dən yuxarı hər bir çəki ortopedik risk zonası sayılır. Məsələn, 25 kq çəkisi olan ibtidai sinif şagirdinin çantası bütün ləvazimatları ilə birlikdə 2,5 kq-dan (maksimum 3,7 kq), 40 kq çəkisi olan şagirdin çantası isə 4 kq-dan ağır olmamalıdır. Təhlükəsizliyi təmin etmək üçün yalnız çəkiyə deyil, çantanın quruluşuna və doğru istifadəsinə də diqqət yetirilməlidir. Çantanın arxa hissəsi ortopedik, bərk və bədənin bel əyriliyinə uyğun xüsusi yastıqcıqlarla dəstəklənmiş olmalıdır. Çiyin asqıları enli (ən azı 4-5 sm), yumşaq və tənzimlənə bilən olmalıdır. Çantanı daşıyarkən onun alt hissəsi bel səviyyəsindən aşağı salınmamalı, tam olaraq çanaq sümüyünün üzərində oturmalıdır. Həmçinin, çanta mütləq hər iki çiyinə birgə taxılmalı, sinə və bel kəmərləri varsa bağlanmalıdır. Çantanın daxili nizamı da vacibdir: ən ağır kitablar bələ ən yaxın olan arxa bölməyə, daha yüngül dəftər və qələmdanlar isə ön bölmələrə yığılmalıdır.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
XƏBƏR LENTİ
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası
-
Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat - (Foto/Video)
-
Lənkəranda balıq tutan kişi ölüb





