Şou-biznes

Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”

9 Sentyabr 2026 14:45
Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli televiziya rəhbəri və iş adamı Acun Ilıcalı valideynlərini erkən yaşda itirməsinin həyatına və karyerasına təsirindən danışıb.

Milli.Az xəbər verir ki, o, əldə etdiyi uğurların arxasında yaşadığı çətinliklərin və tənhalığın mühüm rol oynadığını bildirib. Acun Ilıcalı etiraf edib ki, valideynləri həyatda olsaydı, bəlkə də bu gün olduğu qədər uğur qazana bilməzdi.

"Dünyanın ən xoşbəxt uşağı idim. Məktəbə də yolaverərək gedib-gəlirdim. 'Arxamda atam var' deyirdim. Ancaq boşluqlar yaranınca 20-li yaşlarda həyatda yalnız qaldım. Nəsə etməyə, yaratmağa məcburiyyətində idim. Öz 'Survivor'ım başlamışdı.

Çarəsizlik, yoxsulluq, tənhalıq - bunların hamısı insana həyatda qalmaq üçün əlavə güc verir. Bugünkü uğurumun sirri əslində həyatda yaşadığım tənhalıqdır", - deyə Ilıcalı bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.