Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Dövlət Katibi Entoni Blinken oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bəyanatda Gürcüstan rəhbərliyinə seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq, "fundamental azadlıqları baltalayan" qanunları ləğv etmək çağırışları edilib.
"2024-cü ildə beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadə etməsi, səslərin satın alınması və seçiciləri hədələməsi ilə müşahidə olunan seçkiqabağı mühiti qeyd ediblər ki, bütün bunlar qeyri-bərabər rəqabətə töhfə verib, ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb. Beynəlxalq və yerli müşahidəçilər səsvermə gününün ümumilikdə yaxşı idarə olunduğunda razılaşsalar da, biz pozuntular və bəzi hallarda zorakılıq halları barədə xəbərləri qeyd edirik. Beynəlxalq müşahidəçilər nəticələrin azad və ədalətli olduğunu bəyan etməyiblər. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntular barədə məlumatların tam araşdırılması çağırışlarına qoşuluruq.
Daha irəli gedərək, biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqları baltalayan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa təşviq edirik. Gürcüstanın konstitusiyasında təsbit olunmuş Avropa və Avro-Atlantik inteqrasiya məqsədləri hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyi tələb edir", - Blinkenin bəyanatında qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto - Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
XƏBƏR LENTİ
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu





