Uşaqlar üçün təhlükə - Pediatrdan VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsti havalarda bir çox valideynlər körpələrini günəşdən qorumaq məqsədilə uşaq arabalarının üzərini yorğan, örtük və ya tənziflə örtürlər. Lakin bu zərərsiz görünən vərdiş əslində körpənin sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Milli.Az xəbər verir ki, ukraynalı pediatr Dariia Vlasenko valideynləri bu mövzuda diqqətli olmağa çağırır.
Bu vərdiş niyə təhlükəlidir?
Həkimin sözlərinə görə, uşaq arabasının örtülməsi aşağıdakı riskləri artırır:
Sürətli bədən qızması (istivurma) - Örtük içəridə isti havanı saxlayır. Hətta orta temperaturda belə, arabanın içi tez bir zamanda çox isti ola bilər. Körpələrin bədən istiliyini tənzimləmə mexanizmi hələ tam formalaşmadığı üçün istivurma və ya bədən temperaturunun həddindən artıq yüksəlməsi riski artır.
Havanın dövranının pozulması - Örtük arabanın içində hava axınının qarşısını alır, nəticədə isti və durağan hava yığılır. Körpə nəfəs almaqda çətinlik çəkə bilər.
Ultrabənövşəyi şüaların artmas- Bəzi parçalar günəş şüalarının içəri keçməsinə və hətta onların güclənməsinə səbəb ola bilər.
Həyati təhlükə - Aşırı bədən istiliyi hallarında huşun itməsi, susuzlaşma, qıcolma və hətta birdən-birə körpə ölümü sindromu (SIDS) baş verə bilər.
Təhlükəsiz gəzintilər üçün tövsiyələr
Pediatr uşaq arabasını parçayla örtməməyi tövsiyə edir, çünki bu, havalandırmanı məhdudlaşdırır və istiliyin artmasına səbəb olur.
Aşağıdakı üsullar daha təhlükəsizdir:
Arabanın daxili kölgəlik hissəsindən və ya xüsusi çətirdən istifadə edin - Bu, həm kölgə yaradır, həm də hava axınına mane olmur.
Nəmləndirilmiş tənzif və kiçik portativ ventilyator - Belə bir kombinasiyanın arabanın içindəki temperaturu təxminən 4,7°C aşağı saldığı elmi araşdırmalarda sübut olunub.
Körpənin vəziyyətini mütəmadi yoxlayın - Dərinin qızarması, tərləmə, halsızlıq, narahatlıq və ya əsəbilik bədən istiliyinin artmasına işarə ola bilər.
Günorta saatlarından çəkinin - Gəzintilər üçün səhər və axşam saatları daha münasibdir, çünki hava daha sərin olur.
"Əgər belə bir vəziyyət görsəniz, digər valideynlərə bunu nəzakətlə xatırlatmaqdan çəkinməyin. Bir çoxu sadəcə bunun təhlükəli olduğunu bilmirlər," - deyə həkim bildirib.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Makron xalqa müraciət edəcək
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək





