2025-ci ilin "ən gözəl qadını" o, oldu - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"People" jurnalı 2025-ci il üzrə "Dünyanın Ən Gözəl Qadını" titulunu Hollivud ulduzu Demi Moorea verib. 62 yaşlı aktrisa illərdir milyonlarla pərəstişkarını zərifliyi və cazibəsi ilə valeh edir.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu mükafat, yaşın gözəlliyin qarşısında maneə olmadığını bir daha sübut edib.
Demi Moore etiraf edib ki, illər keçdikcə öz bədəninə və görünüşünə münasibəti tamamilə dəyişib.
.jpg)
İndi o, bədənini keçdiyi yol və dözümlülüyünə görə daha çox qiymətləndirir:
"Bədənimin keçdiyi bütün yollara görə indi daha çox minnətdaram. Bəzən güzgüyə baxıb, 'Ay Allah, yaşlanmışam' və ya 'Üzüm sallanıb' dediyim anlar olur. Amma bunu qəbul edə bilirəm. İndi fərqli olan odur ki, bu hisslər mənim dəyərimi və kimliyimi təyin etmir".
.jpg)
Gözəllik səmimiyyətdən gəlir
Moore hesab edir ki, həqiqi gözəllik insanın özünə sadiqliyində və pozitivliyindədir.
.jpg)
Onun fikrincə, insan öz varlığı ilə barışanda gözəllik təbii olaraq üzə çıxır:
"Gözəllik sadəcə var. Bir çiçəyə baxıb gözəlliyini görə bilərsən. İnsan səviyyəsində isə bu səmimiyyət və pozitivlikdir. Gözəllik insanın özünü olduğu kimi qəbul etməsindən doğur".
Aktrisa gənclik illərində görünüşü uğrunda özünü "əziyyətə saldığını" da xatırlayıb. O vaxtlar bədəninə qarşı sərt və düşmən münasibətdə olduğunu bildirən Moore, bir zamanlar Malibudan Paramount studiyasına qədər - təxminən 42 kilometr məsafəni - sadəcə ideal görünmək naminə velosipedlə getdiyini etiraf edib.
"Bədənimə qarşı çox sərt idim. Mənə xəyanət etdiyini düşünürdüm və onu nəzarət altına almağa çalışırdım. İndi isə bu münasibət kökündən dəyişib - bədənimlə daha ahəngdar bir münasibətim var".
.jpg)
Dəyişən münasibət, dəyişməyən cazibə
Hazırda Demi Moore bədənini daha rahat, intuitiv şəkildə dinlədiyini və daha az qorxu hiss etdiyini bildirib. Gözəlliyin sadəcə xarici görünüşlə deyil, ümumi sağlamlıq, uzunömürlülük və həyat keyfiyyəti ilə bağlı olduğunu vurğulayıb.
"İndi bədənimə daha mehriban yanaşıram. Susadığını, ac olduğunu hiss edir və dinləyirəm. Gənc olanda belə deyildi. İndi isə qorxu ilə yox, anlayışla yanaşıram".
.jpg)
"Dünyanın Ən Gözəl" titulu haqqında
"People" jurnalı hər il şou-biznes və kino sənayesinin məşhur simalarından birini "Dünyanın Ən Gözəl İnsanı" titulu ilə təltif edir. Bu şərəfə indiyədək Julia Roberts, Michelle Pfeiffer, Sofia Vergara, Cindy Crawford, Jodie Foster, Meg Ryan, Mel Gibson, Courteney Cox, Tom Cruise, Leonardo DiCaprio, Nicole Kidman, Beyonce və bir çox digər ulduzlar layiq görülüblər.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
XƏBƏR LENTİ
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN





