ABŞ-Azərbaycan gərginliyi səngiyir – Geri addım atdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı. Dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi ABŞ-ın iki ölkə arasında vasitəçilik missiyasının bərpasına hesablanıb".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, rəsmi Bakı anti-Azərbaycan mövqeyini davam etdirdiyi müddətdə Vaşinqtonun vasitəçiliyində maraqlı olmayacaq:
"Vaşinqtonun vasitəçiliyində maraqlı deyilik. ABŞ Konqresində aparılan anti-Azərbaycan kampaniyası azmış kimi, Azərbaycana bəzi siyasi qadağalar da tətbiq olunub. Vaşinqton hesab edir ki, bu təzyiqlər fonunda Azərbaycan geri addım atacaq, Ermənistanla onun istədiyi şərtlərlə sülh müqaviləsinin imzalanmasına gedəcək. Amma Prezident Əliyevin Blinkenlə telefon danışıqları göstərdi ki, prinsipial və milli maraqlara söykənən siyasətdən bir addım da geri çəkilməyəcəyik.

Bilinkenin Bakıya zəngi ilə Azərbaycana qoyulmuş qadağa götürüldü. Görünür, Vaşinqtonda anlayırlar ki, Azərbaycanla əlaqələrin kəsilməsi ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına yaxşı heç vəd eləmir.
Dövlət katibinin zəngi ilə ABŞ və Azərbaycan arasında diplomatik təmasların və ikitərəfli səfərlərin davam etdirilməsi razılaşdırıldı. Hesab etmək olar ki, son günlərdə Vaşinqton və Bakı arasında soyuyan atmosfer yenidən isinməyə başlayır.
ABŞ-ın normallaşmadan yararlanaraq Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət edərək, sülh danışıqlarını okeanın o tayında davam etdirilməsini təklif edəcəyi istisna deyil. ABŞ konstruktiv davranacaqsa, Bakının bu təklifi qəbul edəcəyi mümkündür. ABŞ bunun üçün beynəlxalq hüquq normalarını heçə sayaraq, birtərəfli mövqe tutmamalıdır. Azərbaycan danışıqlarda elə tələb və şərtlərlə çıxış etmir ki, ABŞ kiminsə xeyrinə mövqe tutsun. Azərbaycanın prinsipləri beynəlxalq hüquqda təsbit olunub, ABŞ bunu qəbul etsin, bizə bəs edər. Biz demirik, ABŞ bizi dəstəkləsin, beynəlxalq hüquqdan kənara çıxmasın, vasitəçi olmaq istəyirsə, bu çərçivədə hərəkət etsin".
Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycanla bağlı başqa bir marağına da diqqət çəkib:
"Azərbaycanın regionda artan rolu, Mərkəzi Asiya və Türkiyə arasındakı birləşdirici funksiyası Vaşinqtonun da marağını çəkir. Xüsusən də Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə marağın artdığı vaxtda. Bu və digər amillər ABŞ-ı regional siyasətində korrektəyə məcbur edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto - Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
XƏBƏR LENTİ
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Belə pomidorları almayın
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov
-
Necla Uyqur vəfat etdi - (Foto)
-
Fidan Mansurovaya vəzifə verildi
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
-
Günün qoroskopu: Biznes imkanlarınız parlaqdır
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
54 yaşlı Defne Samyelinin dərin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
AFFA UEFA-nın qərarına qarşı çıxıb
-
"Mançester Siti"yə ağır cəza gözlənilir
-
Qəbələdə meymunla şəkil çəkdirmək istəyən turist xəstəxanalıq oldu - (Foto)
-
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Elvin Mahmudzadə və Səbuhi Məmmədov həbs edildilər
-
Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır
-
MDB ölkələri liderlərinin şərəfinə keçirilən rəsmi qəbulda Azərbaycan musiqisi səsləndirilib - (Video)
-
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır
-
Sahibə Qafarovanın sədrliyi ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclası keçirilib - (Foto)
-
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - XİN





