Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı fərmanda dəyişiklik olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev "Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında" fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.
Milli.Az xəbər verir ki, sənədə əsasən, dövlət qulluqçularının hazırlanması işinin təkmilləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət idarəçiliyinə dair nəzəri biliklərinin artırılması, habelə bu sahədə vahid kadr siyasətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları üçün ixtisasartırma istiqaməti üzrə əlavə təhsili təşkil etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan ixtisasartırma istiqaməti üzrə əlavə təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
İxtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının təhsil aldıqları müddətdə əməkhaqları saxlanılır.
Bu Fərmanda nəzərdə tutulmuş dövlət sifarişinin təşkili və icrası işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hər il ixtisasartırma istiqaməti üzrə əlavə təhsilə cəlb olunan dövlət qulluqçularının siyahısını və sayını müəyyən etməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə ixtisasartırma istiqaməti üzrə əlavə təhsilin həyata keçirilməsini təmin etmək üçün lazımi təbdirlər görməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto - Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
XƏBƏR LENTİ
-
Murat Ceylanın son halı təəccübləndirdi - (Foto)
-
Belə pomidorları almayın
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? - ana danışdı - (Video)
-
Rubio ilə razıyıq, heç bir perspektiv yoxdur - Peskov
-
Necla Uyqur vəfat etdi - (Foto)
-
Fidan Mansurovaya vəzifə verildi
-
“Həmin tarixədək İrana hücum etməyəcəyik” - Tramp
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
-
Günün qoroskopu: Biznes imkanlarınız parlaqdır
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
54 yaşlı Defne Samyelinin dərin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
AFFA UEFA-nın qərarına qarşı çıxıb
-
"Mançester Siti"yə ağır cəza gözlənilir
-
Qəbələdə meymunla şəkil çəkdirmək istəyən turist xəstəxanalıq oldu - (Foto)
-
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
-
Paşinyanın hərəkətləri müzakirəyə səbəb oldu - (Video)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Elvin Mahmudzadə və Səbuhi Məmmədov həbs edildilər
-
Cəbrayılda minaya düşənlər şəhid atası və qardaşıdır
-
MDB ölkələri liderlərinin şərəfinə keçirilən rəsmi qəbulda Azərbaycan musiqisi səsləndirilib - (Video)
-
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırılır
-
Sahibə Qafarovanın sədrliyi ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclası keçirilib - (Foto)
-
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - XİN





