Maraqlı

YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

19 Dekabr 2021 23:20
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YUNESKO-ya üzv dövlətlər süni intellektin inkişafı üçün ilk qlobal etik standartları qəbul ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub ki, tövsiyyələr insanlara süni intellektin cəmiyyətə gətirdiyi faydaları əldə etməyə və bu texnologiyalarla bağlı riskləri azaltmağa kömək etmək məqsədi daşıyır.

Vurğulanıb ki, süni intellekt cəmiyyətin üzləşdiyi mürəkkəb problemləri, xüsusən də xərçəngin müalicəsi, aclıqla mübarizə və yardımın ehtiyacı olan ölkələrə daha səmərəli paylanmasında, həll edə bilər.

Press-relizdə qeyd olunub ki, "eyni zamanda, bu texnologiyalar "məxfiliyə təhlükə" və "kütləvi nəzarətin təşkili təhlükəsi" kimi görünməmiş çağırışları yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.