Maraqlı

Xərçəngə qalib gəldi, evinə döndü - Sevgilisini başqası ilə gördü - FOTO

30 Noyabr 2021 00:31
0 Şərh     Baxış: 2 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uelsdən olan Tom Qarrodun həyat hekayəsi hər kəsi şoka salıb.

Milli.Az Daily Mirror-a istinadən onun həyat hekayəsini təqdim edir.

Xərçəngin 4-cü mərhələsinədən keçərək sağalıb evinə dönən şəxs evində sevgilisini başqası ilə gördüyündən şoka düşüb. 2004-cü ildə həkimlər onun aqressiv IV mərhələdə xərçəng olduğunu aşkar ediblər. Ölümcül diaqnoza baxmayaraq, kişi ümidini itirməyib və dərhal müalicəyə başlayıb. O, aylarla kemoterapi və steroid müalicəsindən keçdikdən sonra xəstəlik səngiyib. Britaniyalı sevgilisi xəyanət etdikdən sonra depressiyaya düşdüyünü, baş verənlərə görə özünü günahlandıraraq çoxlu siqaret və içki içməyə başladığını bildirib.

Bundan sonra başqa bir qızla tanış olduğunu deyən 44 yaşlı Garrod psixoloji çətinliklərin öhdəsindən gəldiyini deyib. Bundan əlavə, Garrod oxşar vəziyyətdə olan insanlara kömək etməyə başlamağa qərar verib. Artıq iki dəfə Uelsdə xeyriyyə yarışları keçirib.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.