Maraqlı

ABŞ və İsrail kiber cinayətkarlıqla birgə mübarizə aparacaq

16 Noyabr 2021 09:52
0 Şərh     Baxış: 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və İsrail kiber cinayətkarlıqla mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə departamentinin məlumatına görə, iki ölkə arasında razılıq ABŞ maliyyə nazirinin müavini Valli Adeyemo ilə İsrailin maliyyə naziri Aviqdor Liberman və İsrailin Milli Kiber Təhlükəsizlik Təşkilatının rəhbəri Yigal Unna arasında keçirilən görüşdə əldə olunub.

Qeyd olunur ki, iki ölkə arasında əməkdaşlıq kritik maliyyə infrastrukturunun və yeni texnologiyaların mühafizəsinə, eləcə də dünya dövlətləri və dünya iqtisadiyyatı üçün kiber cinayətkarlığın yaratdığı təhlükəyə qarşı mübarizəyə yönələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.