Maraqlı

Van Qoqun bu əsəri 61 milyona satıldı - FOTO

15 Noyabr 2021 05:05
0 Şərh     Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun "Buğda tayası" adlı əsəri rekord qiymətə satılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, əsər "Christies" hərrac evində satışa çıxarılıb.

1888-ci ildə çəkilən rəsm əsəri 35,9 milyon dollar (təxminən 61 milyon manat) qarşılığında yeni sahibinə verilib. Onun kimliyi ilə bağlı heç bir məlumat verilməyib.

Əsər proqnozlaşdırılan qiymətdən 6 milyon dollar daha baha qiymətə satın alınıb.

Qeyd edək ki, "Buğda tayası" İkinci Dünya müharibəsi zamanı alman nasistləri tərəfindən ələ keçirilmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.