Sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alan aktyor Mustafa Üstündağ üzüyü ilə gündəmə gəlib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor oğlunun dişindən üzük hazırlatdığını bildirib:
"Üzüyü oğlum Kaanın ilk çıxan dişi ilə düzəltdirmişəm. Boyunbağım da oğlumun dənizdən çıxardığı ilk daşdandır".
Qeyd edək ki, Üstündağ bu barədə "Zoraki misafir" filminin qalasında danışıb.
Milli.Az