Maraqlı

Al Kaponenin malikanəsi satılıb

7 Oktyabr 2021 08:38
0 Şərh     Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Çikaqo qanqsteri Al Kaponenin ABŞ-ın Mayami ştatında yerləşən malikanəsi 15,5 milyon dollara satılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ev "93 Palm Residence MMC" tərəfindən alınıb.

"Scarface" ("Çapıq sifət") ləqəbi ilə tanınan Al Kapone 1928-ci ildə bu iqamətgah üçün 40 min dollar ödəmişdi.

Əvvəlki sahiblərinə Todd Maykl Qleyzer və onun iş təfədaşı Nelson Qonzalesə malikanə 10,7 milyon dollara başa gəlmişdi. Onlar evi söküb müasir bir bina tikmək istəyirdilər, ancaq bu planı həyata keçirə bilməmişdilər.

Qleyzer evi satmaq təklifini gözlənilməz və çox gəlirli adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.