Maraqlı

Ölkəsinə qayıda bilməyən turist aeroportun tavanına çıxıb həyatını təhlükəyə atdı - VİDEO

30 Sentyabr 2021 12:24
0 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üç gün ərzində Moskva şəhərinin "Vnukovo" aeroportunda ölkəsinə qayıtmaq üçün bilet tapa bilməyən kubalı turist ətrafdakıların diqqətini öz probleminə çəkmək məqsədilə hava limanının polad konstruksiyadan olan tavanına çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə aviasiya təhlükəsizliyinə cavabdeh olan şəxslər, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım xidməti cəlb edilib.

Əvvəl kubalı turist təhlükəsizlik qurumlarının nümayəndələri ilə əlaqəyə çıxmaqdan imtina edib.

Bir müddət sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onun olduğu yerə qalxaraq turisti saxlamağı bacarıblar.

Hadisə ilə əlaqədar Moskva şəhər prokurorluğu araşdırmaya başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.