Maraqlı

Reyqana güllə atan cinayətkar sərbəst buraxılacaq - FOTO

28 Sentyabr 2021 11:45
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kolumbiya Dairəsinin federal hakimi Paul Fridman məhkəmə iclasında 40 il əvvəl Prezident Ronald Reyqana sui-qəsd etməyə çalışan Con Hinklinin 2022-ci ildə qalan bütün məhdudiyyətlərdən azad edilə biləcəyini söyləyib.

Milli.Az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Əqli cəhətdən sabit qalacağı təqdirdə atıcının bütün məhkəmə məhdudiyyətləri götürüləcək.

Hakim bu həftə hökm çıxaracaq. O, əlavə edib ki, indi 66 yaşında olan Hinklidə 1983-cü ildən bəri heç bir ruhi xəstəlik simptomu aşkar edilməyib.

Xatırladaq ki, şizofreniya xəstəliyindən əziyyət çəkən Con Hinkli gizli aşiq olduğu Hollivud ulduzu Jodie Fosterin diqqətini çəkmək üçün Ronald Reyqanı güllələmişdi. 2016-cı ildə Hinkli məhkəmə qərarı ilə psixiatriya xidmətindən azad edilib və 90 yaşlı anasının evində yaşayıb. 

Sərbəst buraxılma şərtləri belədir. O, ictimaiyyət qarşısında danışa, Reyqanın ailəsi və Foster ilə ünsiyyət qura bilməz.

Ayda iki dəfə isə psixiatrın yanına getməlidir. İndi hakim son məhdudiyyətləri qaldırmaq və Hinkliyə tam azadlıq vermək istəyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.